Çin Xalq Bankı, özəl sektor toplantısından sonra özəl sektora maliyyə dəstəyini artıracaqlarını açıqlayıb.

İndex.az xəbər verir ki, Çin Xalq Bankı, daşınmaz əmlak şirkətləri də daxil olmaqla, özəl sektor toplantısından sonra özəl sektora maliyyə dəstəyini artıracaqlarını açıqlayıb.

Bankın yeni sədri Pan Qonqşeng iclasda 8 şirkətin maliyyə çətinliklərini dinləyib.

İclasda bank nümayəndələri, o cümlədən ICBC də iştirak edib.