Çin Xalq Bankı illik "Ortamüddətli Kredit Mexanizmi"nin (MLF) faiz dərəcəsini yenə dəyişmədi.
İndex.az xəbər verir ki, Çin Xalq Bankı illik MLF-in faiz dərəcəsini dəyişməyərək 2,75% səviyyəsində saxlayıb.
Qeyd edək ki, Çin Xalq Bankı 170 milyard yuan (25 milyard dollar) həcmində likvidlik tədarükü həyata keçirib.
Bu isə 220 milyard yuanlıq bazarın gözləntisindən aşağıdır.
Çin Xalq Bankı son 8 ayda illik MLF-in faiz dərəcəsini dəyişməyib.
