Çin Xalq Bankı bu ay da kredit üzrə uçot dərəcəsini dəyişməyib.
İndex.az xəbər verir ki, Çin Xalq Bankı gözlənildiyi kimi, kredit üzrə uçot dərəcəsini dəyişməyərək 3,65% səviyyəsində saxlayıb.
Kredit üzrə 5 illik uçot dərəcəsi isə 4,30% səviyyəsində saxlanılıb.
Çin Xalq Bankı uçot dərəcəsini 8 aydır sabit saxlayır.
"JPMorgan Asset Management"in qlobal bazar strateqi Çaoping Zhu bildirib ki, birinci rübün iqtisadi məlumatları həm ev təsərrüfatları tələbində, həm də xarici tələbdə zəiflikləri göstərir. Siyasətçilər bu zəiflikləri düzəltmək üçün struktur tədbirlərində düzəlişlər edə bilərlər. Onlar proaktiv maliyyə siyasətini davam etdirə və ehtiyatlı pul siyasəti yürüdə bilərlər.
