Çinin texnologiya şirkətləri "Skyworth" və Türkiyənin "Ulubaşlar Qrup" akkumulyator fabrikinin investisiyası üçün razılığa gəlib

İndex.az xəbər verir ki, Türkiyənin "Ulubaşlar Qrup"u şirkətlərindən biri olan "Ulu Motor" və Çinin ən böyük texnologiya şirkətlərindən biri olan "Skywell"in istehsalçısı "Skyworth" arasında Türkiyədə Batareya İnkişafı və İstehsalı fabrikinin açılması ilə bağlı razılıq əldə olunub.

Razılaşmaya əsasən, 2024-cü ilin birinci rübünə qədər 800+4C arxitekturasına malik akkumulyator istehsalı fabriki açılacaq.

Bu batareyalarla doldurma gücü 120 kVt-dan 480 kV-a qədər artacaq ki, bu da onu 8 dəqiqə ərzində 0-80% doldurmağa imkan verəcək.

Hər iki qrup bu ortaq layihəyə ümumilikdə 25 milyon dollar sərmayə qoyacaq.