Dünya üzrə artan geosiyasi və iqtisadi risklərə görə, Çin ardıcıl altıncı aydır qızıl ehtiyatlarını artırır.
İndex.az xəbər verir ki "Dövlət Valyuta Administrasiyası"nın bazar günü açıqladığı məlumatlara görə, Çin aprel ayında qızıl ehtiyatlarını təxminən 8,09 ton artırıb.
Ölkə mart ayına qədər olan beş ay ərzində ehtiyatlarını təxminən 120 ton artırdıqdan sonra, ümumi ehtiyatlarını 2,076 tona çatıdırıb.
"Ümumdünya Qızıl Şurası"na görə, 2023-cü ilin birinci rübündə ən böyük qızıl alıcıları Sinqapur, Çin və Türkiyə olub.
