Çin Rusiya ilə Ukrayna arasındakı müharibəni əsas gətirərək, hərbi məqsədlər üçün istifadə olunma riskinə qarşı uzun mənzilli mülki pilotsuz uçuş aparatlarının (PUA) ixracını məhdudlaşdırıb.

İndex.az xəbər verir ki, hər iki tərəfin Ukrayna müharibəsində kəşfiyyat və mümkün hücumlar üçün Çin istehsalı olan PUA-lardan istifadə etdiyinə dair xəbərlərdən sonra Çin prezidenti Si Cinpin hökuməti İHA ixracını məhdudlaşdırmaq qərarına gəlib.

Çin Ticarət Nazirliyi tərəfindən edilən açıqlamada, PUA-ların qeyri-dinc məqsədlər üçün istifadəsinin qarşısını alacaq ixrac nəzarətlərinin çərşənbə axşamı başlayacağı, məhdudiyyətlərin məzmunu ilə bağlı ətraflı məlumat verilmədiyi bildirilib.

Dünyanın və Çinin aparıcı PUA istehsalçısı olan DJI, 2022-ci ilin aprel ayında PUA-larının döyüşdə istifadəsinin qarşısını almaq üçün Rusiya və Ukraynada fəaliyyətini dayandıracaqlarını açıqlamışdı.