Çin Mərkəzi Bankı 2022-ci ilin avqustundan bəri ilk dəfə olaraq qısamüddətli kredit faizlərini aşağı salıb.
İndex.az xəbər verir ki, "Covid-19" qadağalarının ləğv edilməsindən sonra iqtisadi məlumatların müsbətə doğru dəyişməsi ilə Çin Mərkəzi Bankı uçot dərəcəsini endirib.
Belə ki, bankın həyata keçirdiyi 7 günlük əks repo (qısamüddətli borc faiz dərəcəsi) əməliyyatlarından sonra uçot dərəcəsi 2%-dən 1,90%-ə endirilib.
Mərkəzi Bankın bəyanatına görə, yeddi günlük əks repo əməliyyatları sayəsində Çin höküməti bazara 2 milyard Çin yuanı (279,97 milyon ABŞ dolları) keçirə bilib.
