Çin Mərkəzi Bankının kredit üzrə faiz dərəcələrini dəyişməməsi Asiya bazarlarını qarışdırıb.

İndex.az xəbər verir ki, Honkonqun "Hang Seng" indeksi 0,16%, "Hang Seng Tech" indeksi isə 0,39 faiz artıb.

Çin Mərkəzi Bankının 1 illik və 5 illik kredit faizlərini dəyişməz saxlaması "Şanxay Kompozit" indeksini 0,15%, "Şenzen Komponent" indeksini isə 0,44% ucuzlaşdırıb.

Cənubi Koreyanın "Kospi" indeksi əvvəlki itkilərini bərpa edərək 0,78%, "Kosdaq" indeksi isə 0,8% bahalaşıb.

Yaponiyada "Nikkei 225" 0,11%, "Topix" isə 0,14% artarkən Avstraliyada "S&P/ASX 200" 0,25% ucuzlaşıb.