Çin Kanadanın idxal olunan elektromobillərə tətbiq etdiyi tariflərlə bağlı araşdırmaya başlayıb.

İndex.az xəbər verir ki, Çin Ticarət Nazirliyindən verilən açıqlamada, təhqiqatda tarif artımları ilə yanaşı, Çin məhsullarının dövlət subsidiyaları və təşviq proqramlarından seçici şəkildə çıxarılmasının da araşdırılacağı bildirilib.

Açıqlamada istintaq prosesinin ümumilikdə 3 ay davam etdiyi, lakin xüsusi hallarda uzadıla biləcəyi, Kanadanın 30 gün ərzində hökumətlərarası danışıqlar tələb edə biləcəyi bildirilib.