Ucuzlaşan səhm və əmlak qiymətlərindən, eləcə də, cəlbedici olmayan depozit faizlərindən zərər çəkən investorlar Çinin təklif etdiyi təhlükəsiz aktivlərə yönəldikcə dövlət istiqrazlarının gəlirləri rekord həddə ucuzlaşıb.

İndex.az xəbər verir ki, 10 illik istiqraz gəliri iyirmi il əvvəl qeydə alınan ən aşağı səviyyədən belə aşağı düşərək 2,15% olub.

İnvestorların əksəriyyəti artıq rəsmi müdaxilə gözləyir, hakimiyyət isə aylardır çıxılmaz vəziyyətdə qalıb.

İnvestorlar maraqlandıran əsas sual isə, mərkəzi bankın verəcəyi qərardır.

Belə ki, Çin Xalq Bankı ya spekulyantları (nəyisə şəxsi istifadə və istehlak məqsədilə deyil, təkrar satış və mənfəət əldə etmək məqsədilə alan şəxs) bazardan çıxarmağa qərar verərək bazardakı ticarəti yavaşladacaq, ya da, iqtisadi canlanmanın irəliləməsi üçün istiqraz bazarının bu formada qalmasına icazə verəcək.