Çin iqtisadiyyatının gözləniləndən daha çox böyüməsi Asiya-Sakit Okean bazarlarını qarışdırıb.

İndex.az xəbər verir ki, Çin iqtisadiyyatının ötən il ilə müqayisədə 4%-lik artım proqnozlarını üstələyərək gözlənilmədən 4,5% böyüməsi Asiya-Sakit Okean bazarlarına da təsir edib.

Belə ki, Çində "Şanxay Kompozit" indeksi cüzi, "Şenzen Kompozit" indeksi isə 0,18% azalıb.

Honkonqun "Hang Seng" indeksi də 0,62%-lik eniş ilə ucuzlaşanlar sırasındadır.

Cənubi Koreyanın "Kospi" indeksi 0,35%, "Kosdaq" indeksi isə 0,33% ucuzlaşıb.

Avstraliyanın "S&P/ASX 200" indeksi də 0,34%-lik azalma ilə digər indekslər kimi dəyər itirib,

Yapon bazarlarında isə durum əksinədir. "Nikkei 225" 0,59%, "Topix" isə 0,7% bahalaşıb.

ABŞ-da da hər üç əsas indeks bir gecədə dəyər qazanıb. "S&P 500" 0,33%, "Dow Jones Industrial Average" 0,3%, "Nasdaq Kompozit" isə 0,28% bahalaşıb.