Çin iqtisadiyyatı 2023-cü ilin birinci rübündəki artımla gözləntiləri üstələyib.
İndex.az xəbər verir ki, "Çin Milli Statistika Bürosu"nun məlumatına görə, 2023-cü ilin birinci rübündə Çin iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% artıb.
İqtisadçılar isə iqtisadiyyatın 4% artacağını gözləyirdilər.
2022-ci ilin son rübündə artım 2,9% olmuşdu.
2023-cü ilin birinci rübündə ÜDM də əvvəlki rüblə müqayisədə 2,2% artıb.
"ING Group"un Çin üzrə baş iqtisadçısı İris Panq bildirib ki, 2023-cü il üçün 5%-lik böyümə hədəfi təyin edən Çin hökuməti, bu hədəfə çatmaq üçün infrastruktur investisiyalarını sürətləndirməlidir.
