Çin Xalq Bankının qubernatoru Yi Qanq bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, Çin Xalq Bankının qubernatoru Yi Qanq , Vaşinqtonda G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iclasında çıxışı zamanı bildirib ki, Çin iqtisadiyyatı bu il təxminən 5% artacaq.

Yi Qanq çıxışında Çin iqtisadiyyatının sabitləşdiyini və bərpa olunduğunu, inflyasiyanın aşağı səviyyədə qaldığını bildirib.

Yi Qanq qeyd edib ki, Çin digər ölkələrlə borcun yüngülləşdirilməsi çərçivəsində işləməyə hazırdır.