"iPhone" qadağası Çində genişlənməyə başlayır.
İndex.az xəbər verir ki, Çin dövləti məmurlara iş yerində "iPhone"dan istifadə qadağası qoyduqdan sonra dövlət şirkətləri və təşkilatları da bu qadağanı tətbiq etməyi düşünür.
"Bloomberg"in yaydığı məlumata görə, "Wall Street Journal"ı ictimaiyyətdə "iPhone" qadağası xəbərini təsdiqləyərək, bəzi qurumların işçilərinə "iPhone"larını işə gətirməmələri barədə göstəriş verməyə başladığını bildirib.
