Çində sənaye fəaliyyəti öz tempini qorusa da istehlak zəifləyib.

İndex.az xəbər verir ki, Milli Statistika İdarəsi aprel ayında pərakəndə satışların əvvəlki illə müqayisədə 2,3% artdığını bildirib.

Bu məlumatlar iqtisadçıların 3,8%-lik artım proqnozundan az olub.

Sənaye istehsalı isə aprel ayında ötən ilə nisbətən 6,7% artaraq 5,5%-lik artım gözləntilərini üstələyib.