Çin 5,3 trilyon dollara həcmindəki ipoteka kreditləri üçün borclanma xərclərini azaltmaq məqsədi ilə bir sıra addımlar atıb.

İndex.az xəbər verir ki, Çin Xalq Bankının yaydığı məlumata görə, ev sahibləri noyabrın 1-dən etibarən mövcud kreditorları ilə şərtləri yenidən müzakirə edə biləcəklər.

Bəyanata görə, sabit ipoteka faizlərini seçənlər, həmin ipoteka kreditləri üçün yeni kreditlər barəsində müzakirə edə biləcəklər.

Genişmiqyaslı təşviq paketinin bir hissəsi olan bu plan, Çin iqtisadiyyatını zəiflədən mənzil böhranına son qoya bilər.