Çinin aparıcı elektrik avtomobil istehsalçılarından biri olan "Xpeng" son vaxtlar diqqətəlayiq layihələrlə çıxış edir.
İndex.az xəbər verir ki, Çin avtomobil istehsalçısı köhnə modellərinin Pro versiyalarının istifadəçilərinə öz avtomobillərində texnologiyanı yeniləmək imkanı təklif edir.
Şirkət bu köhnə modellərdə istifadə edilən çipləri "AI Hawk" əsasında yeni nəsil XNGP sistemi ilə əvəz etmək üçün maliyyələşdirmə kampaniyası yaratdı.
Bu layihə istifadəçilərdən cavab tapsa və fonda kifayət qədər pul toplanarsa, "Xpeng" qısa müddətdə bu yeni sistemi tətbiq edəcək. Beləliklə, gələcəkdə digər şirkətlərə nümunə ola biləcək bu sistemə yol açılacaq.
