Çin 2008-ci ildəki qlobal maliyyə böhranından sonra ilk dəfə böyük banklara kapital qoyacaq.

İndex.az xəbər verir ki, Çin iqtisadiyyatı stimullaşdırmaq və potensialı artırmaq üçün ən böyük dövlət banklarına 1 trilyon yuana (142 milyard dollar) qədər kapital daxil etməyi düşünür.

İpoteka faizlərində geniş miqyasda azalma müşahidə edən Çin, iqtisadiyyatı stimullaşdırmaq üçün əsas siyasət dərəcələrini azaltdıqdan sonra banklara da dəstək olmağa çalışır.

Son illərdə iqtisadiyyatı dəstəkləmək üçün təyin edilmiş "Industrial & Commercial Bank of China" və "Bank of China" kimi banklar indi azalan mənfəət və artan borclarla mübarizə aparır.