Borrel hər il 9 May Avropa Günü həftəsində Florensiyada Avropa Universitetlər İnstitutu (EUI) tərəfindən təşkil edilən "Birliyin Vəziyyəti" panelində çıxış edib.

İndex.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrel bildirib ki, Çin Rusiya kimi Avropanın təhlükəsizliyinə təhdid sayıla bilməz.

Ali nümayəndə Ukraynadakı müharibəyə görə çox çətin bir ili geridə qoyduqlarını bildirib.

Avropada müharibə ilə bağlı fərqli qavrayış və yanaşmalara toxunan Borrel, Avropanın müxtəlif millətlərdən ibarət olduğunu, Baltikyanı ölkələrin yaxınlığı səbəbindən Ukrayna müharibəsi ilə digər Aİ ölkələri arasında fərqliliklərin ola biləcəyini söyləyib