Çin Avtomobil İstehsalçıları Assosiasiyası (CAAM) Avropa İttifaqının (Aİ) Çin istehsalı olan elektromobillərə tətbiq edilən cəza tarifləri ilə bağlı layihəsinə qəti şəkildə qarşı olduğunu bildirib.

İndex.az xəbər verir ki, Çin dövlət televiziyası CCTV-nin yaydığı məlumata görə, qurum bəyan edib ki, tariflərlə bağlı qərar Çinin Aİ-dəki əməliyyatları və investisiyaları üçün böyük risklər daşıyır.

Avropa Komissiyası dünən Çin istehsalı olan elektromobillərin idxalı üçün subsidiyalar və təklif olunan cəza tariflərinə bəzi düzəlişlər barədə iddialar üzrə apardığı araşdırmanın nəticələrini dərc edib.