Çin Avropa İttifaqının (Aİ) qərarına görə məhkəməyə müraciət etmək istəyir.

İndex.az xəbər verir ki, Çin xəbərdarlıq edib ki, Aİ Komissiyasının Çin istehsalçılarına qarşı apardığı subsidiya araşdırmasından sonra ölkədən idxal edilən elektromobillərə tətbiq etdiyi əlavə gömrük rüsumları səbəbilə Ümumdünya Ticarət Təşkilatında (ÜTT) məhkəməyə müraciət edə bilər.

Qeyd edək ki, Aİ Komissiyası Çinin elektromobil istehsalına dövlət subsidiyaları ilə bağlı başlatdığı araşdırma çərçivəsində idxal olunan əksər elektromobillərə müvəqqəti olaraq 21% əlavə gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.