ABŞ-ın əsas neft istehsalçılarından biri olan "Chevron", "PDC Energy"ni almağa hazırlaşır.

İndex.az xəbər verir ki, şirkətdən verilən açıqlamada bildirilib ki, "Chevron" "PDC Energy"nin bütün səhmlərini 6,3 milyard dollara alacaq.

Ümumi məbləğ isə "PDC Energy"nin borcları ilə birlikdə 7,6 milyard dollar təşkil edəcək.

Bundan əlavə bildirilib ki, müqavilə "Chevron"un illik sərbəst pul axınına 1 milyard dollar əlavə edəcək.