"OpenAI" tərəfindən hazırlanmış süni intellektə əsaslanan "ChatGPT" çatbotu İtaliyada şəxsi məlumat qaydalarını pozduğuna görə bloklandıqdan sonra çatbotla bağlı Almaniyadan da bir açıqlama gəlib.
İndex.az xəbər verir ki, Almaniya Hökumətinin "Məlumatların Mühafizəsi və İnformasiya Azadlığı" üzrə Federal Müvəkkili Ürlih Kilber "Handelsblatt" qəzetinə verdiyi müsahibədə bildirib ki, Almaniyanın, prinsipcə, lazım gələrsə, "ChatGPT"ni bloklaya bilər.
Kelber əlavə olaraq Almaniyanın İtaliyadan bu mövzuda əlavə məlumat tələb etdiyini bildirib.
