Türkiyənin cənubunda yerləşən Ceyhan neft terminalına neftin ixracı bərpa edilib.

İndex.az bu barədə Türkiyə mətbuatına istinadən məlumat verib.

Məlumata görə, Türkiyədə baş verən güclü zəlzələ səbəbindən Ceyhan limanında tam olaraq dayandırılan neft əməliyyatları lazımi nəzarətlər təmin edildikdən sonra yenidən bərpa edilib.

Xatırladaq ki, Ceyhan neft terminalı zəlzələnin episentrindən 155 kilometr məsafədə yerləşir.

Yanvar ayında gündəlik 1 milyon bareldən çox neft ixrac edilən Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinə zəlzələdən sonra heç bir ziyan dəyməyib.