Cənubi Koreyada ÜDM birinci rübdə əvvəlki rüblə müqayisədə 0,8% artıb.

İndex.az xəbər verir ki, Cənubi Koreyanın mərkəzi bankının ilkin hesablamalarına görə, Cənubi Koreyanın Ümumi Daxili Məhsulu bu il 2022-ci ilin birinci rübü ilə müqayisədə 0,8% artıb.

İqtisadçıların gözləntiləri isə artımın 0,9% olacağı idi.

Lakin ötən rüblə müqayisədə Cənubi Koreyanın ÜDM-i 0,3% artaraq iqtisadçıların 0,2% gözləntilərini bir qədər üstələyib.