Cənubi Koreyanın "Gender Bərabərliyi və Ailə Nazirliyi" gənclərin sosiallaşması üçün gənclərə aylıq 490 dollar müavinət verəcək.

İndex.az xəbər verir ki, "Guardian"ın veridiyi xəbərə görə, gəncləri evlərini tərk etməyə təşviq etmək üçün 490 dollar (650 min von) dəyərində yeni proqram Cənubi Koreyanın "Gender Bərabərliyi və Ailə Nazirliyi" tərəfindən qəbul edilib və beləliklə, gənclərin sosiallaşması üçün aylıq 490 ABŞ dolları məbləğində müavinət verilir.

Hökumət depressiya yaşayan gənclərin məktəbə, universitetə ​​və ya işə getmək üçün evdən çıxmasını asanlaşdırmaq istəyir.

Hökumətin araşdırmalarına görə, xüsusilə əlverişsiz ərazilərdə yaşayan gənclərin 40%-i yeniyetməlik dövründə sosial həyatdan uzaqlaşır.

Cənubi Koreyada 19-39 yaş arası təxminən 350.000 insan özünü tənha hiss edir.