Koreya Mərkəzi Bankı (KMB) uçot dərəcəsini ardıcıl ikinci dəhə dəyişməyib.

İndex.az xəbər verir ki, KMB gözləntilərə uyğun olaraq uçot dərəcələrini dəyişməyərək 3.5% səviyyəsində saxlayıb.

Koreya vonunun (Cənubi Koreyanın pul vahidi) məzənnəsi ABŞ dolları qarşısında 1319,68 səviyyəsinə yüksəldikdən sonra bir qədər də möhkəmlənib.

Eyni zamanda FED, qlobal inflyasiya mühitində sərtləşmə dövrünü dayandırmaqda Cənubi Koreya, Avstraliya və Hindistan kimi ölkələrə qoşularaq, şahin mövqeyini qoruduğunu açıqlayıb.