ABŞ Konqresinin Büdcə Ofisi (CBO) “Federal Borc və Hüquqi Sərhəd” adlı yeni hesabat dərc edib.

İndex.az xəbər verir ki, ABŞ Konqresinin Büdcə Ofisi (CBO) borc limiti artırılmasa, iyunun ilk iki həftəsində hökumətin defolt riskinin olduğunu bildirib:

"Xəzinədarlığın nağd pulu və fövqəladə tədbirlər tükənənə qədər borc limiti artırılmazsa və ya dayandırılmazsa, hökumət bəzi fəaliyyətlər üçün ödənişləri gecikdirəcək, borc öhdəliklərini yerinə yetirə bilməyəcək və ya hər ikisini etməli olacaq".