"Meta" bu ilin ikinci rübü üzrə balans hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, bu ilin ikinci rübündə şirkətin gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 22% artaraq 39,1 milyard dollara çatıb.
"Meta" ötən ilin eyni dövründə 31,9 milyard dollar gəlir əldə edib.
Bazar gözləntiləri şirkətin 38,3 milyard dollar gəlir əldə edəcəyi idi.
"Meta"nın xalis mənfəəti bu ilin ikinci rübündə 73% artaraq 13,5 milyard dollara çatıb.
Şirkət ötən ilin eyni dövründə 7,8 milyard dollar mənfəət açıqlamışdı.
Şirkətin 2023-cü ilin ikinci rübündə 2,98 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 5,16 dollara yüksəlib.
"Meta"nın səhm üzrə qazancının 4,73 dollar olacağı gözlənilirdi.
