Beynəlxalq Valyuta Fondu (BVF) Qlobal Maliyyə Sabitliyi Hesabatının analitik bölmələrini dərc edib.

İndex.az xəbər verir ki, BVF inflyasiya şokları və artan geosiyasi gərginliklər səbəbindən qlobal iqtisadi qeyri-müəyyənliyin artdığını bildirib.

Bununla yanaşı fond, yüksək qeyri-müəyyənliyin makromaliyyə sabitliyinə dərindən təsir edə biləcəyi barədə xəbərdarlıq edib:

Hesabatın “Yüksək Qlobal İqtisadi Qeyri-müəyyənlik Mühitində Makromaliyyə Sabitliyi” başlıqlı hissəsində qlobal iqtisadi nəticələr və siyasətlərlə bağlı qeyri-müəyyənliyin "Covid-19" epidemiyasından sonra daha da artdığı bildirilib.