Beynəlxalq Valyuta Fondu (BFV) Çin üçün 2023 və 2024-cü ilə olan artım proqnozlarını aşağı salıb.
İndex.az xəbər verir ki, BVF daşınmaz əmlak sektorunda zəifliyi əsas gətirərək Çinin 2023 və 2024-cü il olan artım proqnozlarını aşağı salıb.
BVF-nin dərc etdiyi regional iqtisadi baxış hesabatına əsasən, Çin iqtisadiyyatının artım proqnozu apreldə 5,2% və 4,5% olduğu halda, bu il 5%, gələn il isə 4,2% böyüməsi gözlənilir.
Hesabatda çində istehsal sektorunun satınalma menecerləri indekslərinin aprel-avqust aylarında azalma zonasına girdiyi və daşınmaz əmlak sektorundakı şərtlərin daha da zəiflədiyi üçün bərpanın sürətini itirdiyi bildirilib.
