Beynəlxalq Valyuta Fondu (BVF) Böyük Britaniya iqtisadiyyatı ilə bağlı gözləntilərini yenidən nəzərdən keçirib.
İndex.az xəbər verir ki, BVF Böyük Britaniyanın 2023-cü ildə tənəzzüldən qaçacağını və müsbət artımı davam etdirəcəyini gözlədiyini bildirərək 0,4% artım etməyə qərar verib.
İngiltərə iqtisadiyyatının 2023-cü ildə 0,3% kiçiləcəyini proqnozlaşdıran BVF, keçən ay artım gözləntisini 0,4%-ə yüksəltmişdi.
BVF Böyük Britaniyanın ÜDM-nin 2024-cü ildə 1%, 2025 və 2026-cı illərdə isə 2% artacağını proqnozlaşdırır.
