Almaniya Mərkəzi Bankı (Bundesbank) təxminən iki il davam edən zəiflik dövründən sonra iqtisadiyyatın yavaş-yavaş yüksəldiyini bildirib.

İndex.az xəbər verir ki, buna müvafiq olaraq, bank Almaniyada təqvimə uyğunlaşdırılmış Ümumi Daxili Məhsulun (ÜDM) artım proqnozunu bu il üçün 0,4%-dən 0,3%-ə, gələn il üçün isə 1,2%-dən 1,1%-ə endirib.

Lakin bank 2026-cı il üçün ÜDM proqnozunu 1,3%-dən 1,4%-ə yüksəldib.

Hesabatda Almaniya iqtisadiyyatının iki ilə yaxın davam edən zəiflik dövründən sonra yavaş-yavaş toparlandığı vurğulanıb.