Elm və Təhsil Nazirliyi 40 milyon manatlıq kompüter və kountbuklar alır.
Bu barədə İndex.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Məlumata görə, nazirliyin Təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsi ümumi dəyəri 39 milyon 772 min 336,53 manat olan kompüter və noutbukların satınalınmasını həyata keçirəcək.
Artıq tenderin qalibi də məlumdur. Tenderin qalibi “Bestcomp Group” şirkətidir. Şirkət nazirliyə 43 577 ədəd avadalıq saracaq. Bunlardan 8 min ədədi masaüstü kompüterlərdir.
