Bu ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 702 mənzil alıblar.

İndex.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 109 mənzil və ya 18,4 % çoxdur.

Təkcə iyun ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə isə 131 mənzil alıb ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 33 mənzil və ya 20,1 % azdır.

Bu ilin yarım ili ərzində Türkiyədə xarici vətəndaşlara 35 755, ötən ay isə 8 707 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 72,3 % və 80,4 % çoxdur.