"Dow Jones" və "S&P 500" birjaları texnologiya sahələrindəki alışların artımı ilə yenidən rekord qırıblar.

İndex.az xəbər verir ki, "Dow Jones" birjası 200 bənddən çox artaraq 0,47% bahalaşıb və 43 065,22 bəndə yüksəlib.

"S&P 500" birjası isə 0,77% artaraq 5 859,85 bəndə çatıb.

"Nasdaq" birjası da bahalaşan birjalar sırasına qoşulub.

Belə ki, 0,87% artan birja 18 502,64 bəndə yüksəlib.

ABŞ-da bu həftə açıqlanacaq iqtisadi məlumatlar və şirkət balansları investorların diqqət mərkəzində olarkən, həftənin ilk əməliyyat günündə birjalarda müsbət tendensiya müşahidə olunub.