Pakistan Milli Bankının Bakı filialı 2022-ciilin 2-ci rübünü zərərlə başa vurub.
İndex.az xəbər verir ki, ilk yarım ildə bankın faiz gəliri 98 min manat olub, faiz xərci isə olmayıb.
Bankın qeyri-faiz gəliri 74 min manat, qeyri-faiz xərci isə 468 min manat olub. Bunun 261 min manatı əmək haqqı xərcləri 115 min manatı əsas vəsaitlərin istifadəsi xərcləri, 85 min manat isə bankın ödədiyi haqq və komissiya xərcləridir.
Nəticədə bank yarım ili 296 min manat əməliyyat zərəri ilə başa vurub. Əvvəlki dövrlərdə yradılan ehtiyatlardan 25 min manat geri çəkildiyinə görə, hesabat dövründə bankın xalis mənfəəti 271 min manat olub.
Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı ötən ilin eyni dövrünü də 115 min manat xalis zərərlə başa vurmuşdu.
Mənbə - FED.az
