Britaniyanın "Brexit"dən sonra ilk azad ticarət sazişləri bu gün qüvvəyə minir.
İndex.az xəbər verir ki, "Brexit"dən sonra ilk azad ticarət müqavilələrinin tətbiqi ilə Böyük Britaniyanın Avstraliya ilə qurduğu ikitərəfli ticarət 53%, Yeni Zelandiya ilə isə 59% artacaq.
Britaniya hökumətinin bəyanatına görə, Avstraliya və Yeni Zelandiya ilə azad ticarət müqavilələri bu gecədən qüvvəyə minəcək.
İngiltərənin "Brexit" sonrası ilk sərbəst ticarət razılaşması olan müqavilələr çərçivəsində bu ölkələrə ixrac edilən bütün mallar üçün gömrük rüsumları qaldırılacaq.
