Böyük Britaniyada iyun ayında 20,7 milyard funt sterlinq (27,88 milyard dollar) məbləğində büdcə kəsiri qeydə alıb.

İndex.az xarici mətbauata istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin (ONS) hesabatında deyilir.

Bu göstərici ötən ilin iyun ayındakı 14,1 milyard funt ilə müqayisədə artıb və 2021-ci ilin aprel ayından bəri maksimum həddə çatıb. İqtisadçılar orta hesabla 15,6 milyard funt məbləğində kəsir gözləyirdilər.

Cari maliyyə ilinin əvvəlindən, yəni aprel-iyun aylarında büdcə kəsiri 57,8 milyard funt təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 milyard funt azdır.

İyunda büdcə gəlirləri 6,1 milyard funt artaraq 95,4 milyard funta çatıb, xərclər isə 12,7 milyard funt artaraq 116,1 milyard funt təşkil edib. O cümlədən, dövlət borcu üzrə faiz ödənişləri 8,4 milyard funt artaraq 16,4 milyard funta çatıb.

İyun ayının sonuna Böyük Britaniyanın ümumi dövlət borcu (dövlət banklarının borcları nəzərə alınmadan) ölkənin ÜDM-nin təxminən 96,3%-ni təşkil edib. Dövlət borcunun ÜDM-ə nisbəti 1960-cı illərin əvvəllərindən bəri rekord səviyyəyə yaxın qalır.