Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) açıqladığı aprel ayı üzrə aparıcı artım məlumatlarına görə, aprel ayında ölkə iqtisadiyyatı artmayıb.

İndex.az xəbər verir ki, İngiltərə iqtisadiyyatında xidmət sektoru 0,2% artarkən, istehsal və tikinti sektorları müvafiq olaraq 0,9% və 1,4% azalıb.

Britaniya iqtisadiyyatı fevral-aprel ayları dövrünü əhatə edən üç ayda rüblük əsasda 0,7% artıb.

Bu dövrdə isə xidmət sektoru 0,9%, emal sənayesi 0,7% artdığı halda, tikinti sektoru isə 2,2% azalıb.