Braziliyanın ən böyük şəhərlərindən biri olan San-Pauluda Ubatuba hava limanına eniş etmək istəyən şəxsi təyyarə alovlanıb.

İndex.az xəbər verir ki, təyyarədə ikisi uşaq olmaqla, pilot da daxil olmaqla 5 nəfər olub. Pilot həyatını itirərkən, 4 nəfər yaralı olaraq xilas edilib.

Şəxsi təyyarə Braziliyanın Qoias şəhərindəki Mineiros hava limanından havaya qalxıb. O, San-Pauluya enməyə hazırlaşarkən alovlanıb. Həmin anlar kameraya düşüb.

[video width="720" height="370" mp4="https://index.az/wp-content/uploads/2025/01/ssstwitter-orun.mp4"][/video]