Böyük Britaniya hökuməti Beynəlxalq İnvestisiya Sammitində 63 milyard funt sterlinq investisiya öhdəliyi alıb.
İndex.az xəbər verir ki, bu investisiyalar ilə Böyük Britaniyada 38 min yeni iş yerinin açılması gözlənilir.
Qeyd edək ki, ötən ilki sammitdə İgiltərəyə 29,5 milyard sterlinq dəyərində sərmayə qoyuluşu həyata keçirilib.
İnvestisiyaların açıqlandığı sektorlar arasında süni intellekt, məlumat mərkəzləri, bərpa olunan enerji, sıfır emissiya texnologiyaları və AR-GE önə çıxsa da, ölkədəki nəqliyyat infrastrukturu da bu sahələr arasındadır.
