Britaniya Milli Statistika İdarəsi yeni işsizlik məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, ölkədə işsizlik səviyyəsi mart ayında 0,1% artaraq 3,9%-ə çatıb.

Böyük Britaniyada məşğulluq səviyyəsi isə mart ayında 0,2% artaraq 75,9% təşkil edib.

Bu artım son 3 ayda "part-time" və öz-özünə işləyən işçilərin sayındakı artımla bağlı olub.