İngiltərədə "İstehlak Qiymətləri İndeksi" (CPI) sentyabr ayında illik 6,7% artaraq bazar gözləntilərini üstələyib.

İngiltərə Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara görə, yanacaq qiymətlərindəki artım səbəbiylə inflyasiya illik bazda dəyişməyib.

Gözləntilər inflyasiyanın illik bazda 6,6%-ə düşəcəyi idi.

Ötən illə müqayisədə ərzaq və alkoqolsuz içkilərin qiymətlərində azalma müşahidə olunduğu halda, mebel və təsərrüfat mallarının qiymətlərində artım olub.

Enerji və ərzaq qiymətləri nəzərə alınmadan baza inflyasiyası illik bazda 6,1% təşkil edib.