Böyük Britaniyada avtomobil satışları iyul ayında da artmağa davam edib.

İndex.az xəbər verir ki, "Britaniya Motorlu Vasitə İstehsalçıları Dərnəyi"nin (SMMT) verdiyi açıqlamada, ölkədə avtomobil satışlarının bu ilin iyul ayında 28,3% artaraq 143 min 921-ə çatdığı və ardıcıl 12-ci ayda bu sahədəki böyümənin davam etdiyi bildirilib.

Bəyanatı şərh edən SMMT-nin baş icraçı direktoru Mayk Haues bildirib ki, avtomobil bazarında seçimlər və yeniliklər artır:

"Daha çox insanın elektriklə idarə olunan avtomobillərə üstünlük verməsi ürəkaçandır”.