Böyük Britaniya rəsmi olaraq Asiya-Sakit Okean ticarət blokuna qoşulur

İndex.az xəbər verir ki, Böyük Britaniyanın 11 üzvdən ibarət "Hərtərəfli və Proqressiv Trans-Sakit Okean Tərəfdaşlığı Sazişinə" (CPTPP) rəsmi qoşulması ilə bağlı danışıqlar yekunlaşıb.

Böyük Britaniyanın Beynəlxalq Ticarət üzrə Dövlət Katibi Kemi Badenok "Twitter" hesabından verdiyi açıqlamada Böyük Britaniyanın CPTPP-də rəsmi iştirakı ilə bağlı danışıqların tamamlandığını bildirib:

"Dinamik Hind-Sakit Okean regionu ilə ticarətimizi artırmaqBöyük Britaniya biznesi və istehlakçıları üçün əla xəbərdir".

CPTPP-nin 11 üzvünə Avstraliya, Bruney, Kanada, Çili, Yaponiya, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur və Vyetnam daxildir.

Qeyd edək ki, Böyük Britaniyanın CPTPP-də iştirakı ilə bağlı danışıqlar iki ilə yaxındır ki, davam edir.

Britaniya Parlamenti və digər üzv dövlətlərin parlamentləri tərəfindən ratifikasiya edildikdən sonra Böyük Britaniya CPTPP-nin 12-ci üzvü olacaq.

Ölkənin blokda iştirakı "Brexit"dən sonra gündəmin ən mühüm bəndlərindən biri olub.