"Microsoft"un 69 milyard dollarlıq "Activision" müqaviləsi Böyük Britaniyadakı müvafiq tənzimləyici qurumdan təsdiq ala bilməyib.

İndex.az xəbər verir ki, "Microsoft"un "Activision"ı 69 milyard dollara satın alması ilə bağlı razılaşmanı Böyük Britaniyanın tənzimləyici qurumu rəqabətə zərər verəcəyi səbəbi ilə təstiq etməyib.

Agentlik iddia edirdi ki, Böyük Britaniyada oyunçular üçün daha yüksək qiymətlərin qoyulması, daha az seçim və daha az innovasiya ilə nəticələnə bilər:

"Biz bu alışa tam sadiqik və apellyasiya şikayəti verəcəyik. CMA-nın qərarı rəqabət problemlərini həll etmək üçün praqmatik bir yolu rədd edir. Bu qərar Böyük Britaniyanı texnologiya innovasiyası və investisiya üçün ruhdan salır".