Britaniya Milli Statistika İdarəsi (ONS) Böyük Britaniyanın mart və birinci rüb üçün artım rəqəmlərini açıqlayıb.

İndex.az xəbər verir ki, Böyük Britaniya iqtisadiyyatı bu ilin birinci rübündə əvvəlki rüblə müqayisədə 0,1% artsa da, mart ayında 0,3% azalıb.

Buna uyğun olaraq, daha əvvəl 0,4% olaraq açıqlanan yanvar ayı üçün artım sürəti 0,5% olaraq yenilənib.