ABŞ-ın bəzi böyük bankları ehtiyatlarını artırmağa hazırlaşır.

İndex.az xəbər verir ki, "Bloomberg"in yaydığı məlumata görə, bankların hər biri ehtiyat üçün 100 milyon dollar ayırmağı düşünür.

Buna qədər "JPMorgan", BofA, "Citi" və "Wells Fargo" banklarının hər birinin 5 milyard dollarlıq ehtiyatları var idi.

"Goldman Sachs" və "Morgan Stanley"in ehtiyatlarının miqdarı 2,5 milyard dollar, PNC, "BNY Mellon", "Truist", "USA Bancorp" və "State Street"in ehtiyatlarının miqdarı isə 1 milyard dollar idi.

Məlumatda qeyd olunub ki, bu addım mümkün itkilərə qarşı kifayət qədər ehtiyatların ayrılmasını təmin etmək üçün mühasibat uçotu qaydalarına görə atılıb.