"Boru Kəmərləri və Benzin Nəqliyyatı" AŞ (BOTAŞ) "Dörtyol" və "Ceyhan" terminallarında xam neftin yükləmə-boşaltma əməliyyatlarının bərpa edildiyini açıqladı.

İndex.az xəbər verir ki, BOTAŞ sosial media hesabından etdiyi paylaşımda, fevral ayında Kahramanmaraşda baş verən iki böyük zəlzələdən sonra ehtiyat tədbiri olaraq neft axınının dayandırıldığı "Batman-Dörtyol" xam neft kəmərində lazımi nəzarətlərin edildiyi bildirilib.

Açıqlamada sistemin zəlzələdən 39 saat sonra yenidən işə salındığı və "Dörtyol" terminalında xam neftin yükləmə-boşaltma işlərinin bərpa edildiyi qeyd edilib.

Ehtiyat məqsədilə neft axınının dayandırıldığı "İraq-Türkiyə" boru kəmərində də, bütün nəzarətlər zəlzələdən sonra 42 saat ərzində tamamlandı. Bununla yanaşı "Ceyhan" terminalında da xam neftin yükləmə və boşaltma əməliyyatları yenidən başladılıb.